Ərdoğan Misirə səfərə gedib

post-img

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə dövlət səfərinə gəlib. Məlumatı “Anadolu” verib. 

Qahirənin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını və onu müşayiət edən nümayəndə heyətini Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Türkiyənin Misirdəki səfiri Salih Mutlu Şen qarşılayıblar.

Səfərdə Türkiyə liderini həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mehmet Fatih Kacir, ticarət nazir Ömər Bolat, Türkiyə Prezident Administrasiyasının əlaqələr şöbəsinin müdiri Fahrettin Altun və prezidentin baş müşaviri Akif Çağatay Kılıç müşayiət edirlər.

Türkiyə prezidentinin rəsmi qarşılanma mərasimi Əl-İttihad sarayında baş tutacaq.

Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə ikitərəfli və geniş tərkibdə danışıqlar aparacaq. Görüşün sonunda liderlər birgə mətbuat konfransında çıxış edəcəklər.

Türkiyə dövlət başçısı Misirdə ali qonağın şərəfinə təşkil olunan şam yeməyində də iştirak edəcək.

P.ƏMİRCANOV
XQ

Dünya