Finlandiya yaxın vaxtlarda Rusiya ilə sərhədin açılması ehtimalını təkzib edib

post-img

Finlandiyanın daxili işlər naziri Mari Rantanen Yle-yə müsahibəsində Rusiya ilə sərhəddə keçid məntəqələrinin açılmasının hələ mümkün olmadığını bildirib.

Nazirin sözlərinə görə, Finlandiya hakimiyyətinin qərarı ilk növbədə milli və vətəndaş təhlükəsizliyinin gücləndirilməsinə yönəlib.

“Sərhədin o biri tərəfində öz saatını gözləyən xeyli insan var. Digər tərəfdən, Rusiyanın hərəkətlərinin dəyişməz qaldığı görünür. Dekabrda biz sərhədin açılmasının nə ilə nəticələndiyini gördük”, - Rantanen bildirib.

Nazir vurğulayıb ki, Finlandiya hakimiyyəti “təzyiqlərə boyun əyməyəcək” və sərhədlərin bağlanması lazım olduğu qədər davam edəcək.

Finlandiya hökumətinin şərq sərhədini bağlamaq əmri fevralın 11-dək qüvvədədir.

S.ELAY

XQ

Dünya