Çin avtomobil nəhəngi öz peyk şəbəkəsini işə salacaq

post-img

Çinin ən böyük avtomobil istehsalçılarından biri olan "Geely Holding Group" öz peyk qrupunu inkişaf etdirmək planlarını açıqlayıb. Bu barədə "Reuters" agentliyi şirkətin məlumatlarına istinadən məlumat yayıb.

"Geely" məlumat verib ki, fevralın 3-də orbitə buraxılan 11 peyk onların pilotsuz nəqliyyat vasitələri üçün yüksək dəqiqlikli naviqasiya təmin etmək üçün nəzərdə tutulub. Bundan əlavə, orbital qrup istehlakçı elektronikası şəbəkəsini dəstəkləmək də daxil olmaqla, digər kommersiya funksiyalarını da yerinə yetirəcək.

Şirkət 2025-ci ilə qədər orbital peyk qrupunun sayını 72 cihaza, sonra isə tədricən 240 cihaza çatdırmağı planlaşdırır. 

Müəssisə nümayəndələrinin dediyinə görə, peyklər süni intellektdən istifadə etməklə məsafədən zondlama funksiyalarına malikdir, obyektə bir metrə qədər məsafədə aydın, yüksək ayırdetməli təsvirlər verir. 

2014-cü ildə Çin hökuməti ölkənin kosmik sənayesinə özəl sərmayə qoymağa icazə verib və bundan sonra kommersiya şirkətlərinin sayı artıb. Onlardan bəziləri peyklərin istehsalına yönəlib, digərləri həm birdəfəlik, həm də təkrar istifadə oluna bilən raket daşıyıcılarının istehsalı ilə məşğuldur.

Dövlət mediasına görə, Çinin kosmosda 400-dən çox peyki, o cümlədən kommersiya peykləri var.

S.ELAY

XQ

Dünya