ABŞ prezidentinin müşaviri: Yeni dünya düzəni formalaşır

post-img

ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib ki, ABŞ və digər ölkələrin formalaşmaqda olan dünya nizamının nə olacağına təsir etmək imkanı var, strategiyanın bir hissəsi Rusiyanın “təcavüzdən qorunmasıdır”. O vurğulayıb ki, Birləşmiş Ştatlarda heç kimin yeni dünya nizamının “hazırda faktiki olaraq formalaşdığına” şübhəsi yoxdur. 

“Həqiqətən də, hazırda hansısa yeni dünya nizamı formalaşır. İstənilən halda dünya nizamı daim inkişaf edir və İkinci Dünya Müharibəsinin bitməsindən sonra da inkişaf edir. Bir dövrün sonuna gəldik, başqa bir dövrün başlanğıcına yaxınlaşmışıq. Bu yeni nizamın, bu yeni dövrün necə görünəcəyinə təsir etmək imkanımız var. Biz dəyişə bilərik, necəsə mövcud institutları, gedən dövrün əsaslarını uyğunlaşdıra və ən dəyərli prinsipləri özümüzlə növbəti dövrə apara bilərik”, - cənab Sullivan bildirib.

20 oktyabr 2023-cü ildə seçki kampaniyası zamanı Amerika prezidenti Co Bayden ABŞ-ın “dünyanı indiyədək heç vaxt görülməmiş bir şəkildə birləşdirmək” imkanına malik olduğu fikrini ifadə etmişdi. O demişdi ki, Birləşmiş Ştatlar “yetərincə cəsarətli və inamlı” olarsa, “yeni dünya nizamı” yarada bilər. O, “yeni dünya düzəninin” nədən ibarət olacağını açıqlamamışdı.

S.ELAY

XQ

Dünya