Rusiyanın NATO-nun şərq cinahına “təhdid” yaratması ilə bağlı hazırlıqlar üçün Avropanın üç-beş il vaxtı var. Bu barədə Estoniyanın Baş naziri Kaya Kallas ölkənin kəşfiyyatına istinadən Britaniyanın “The Times” qəzetinə müsahibəsində məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb.
“Kəşfiyyatımızın hesablamalarına görə, bu, üç-beş ildən sonra baş verəcək. Bu, bizim Ukrayna ilə bağlı mövqeyimizdə birliyinə qədər qoruyub saxlamağımızdan çox asılı olacaq”, - seyə baş nazir qeyd edib.
O hesab edir ki, uzunmüddətli perspektivdə Şimali Atlantika alyansı Rusiyanın qarşısını almaq üçün soyuq müharibə dövründəki strategiyasını tətbiq etməlidir.
P.ƏMİRCANOV
XQ