“Traktorlu” etirazçılar “işıqfor” hökumətə qarşı

post-img

Birləşmiş etirazlar dalğası Almaniyanı vətəndaş müharibəsinə çəkə bilərmi? 

“Die Welt” telekanalı xəbər verir ki, ölkəni iflic edə biləcək ümummilli tətillər AFR qanunlarına görə qadağandır. Ancaq bu yaxınlara qədər ayrı-ayrılıqda keçirilən etiraz nümayişləri birləşərsə məhz belə də olacaq. Hadisələr də elə buna doğru getməkdədir. 

Almaniyanı bürüyən fermer etirazla­rını indi təkcə kəndlilər deyil, uzaq yola çıxan sürücülər, restoran sahəsinin iş­çiləri və dəmiryolçular da dəstəkləyirlər. Çünki onların hamısı AFR-in “işıqfor” hökumətinin iqtisadi planlarından ziyan çəkirlər. Ölkənin politoloqları xəbərdarlıq edirlər ki, əsas ümummilli tətillər dalğası reallığa çevrilərsə, ölkə vətəndaş müha­ribəsi ilə üz-üzə qala bilər. 

“Die Welt”in aparıcısı Markus Tıksen bildirir ki, bu gündən sonra ölkədə çox şeylər baş verə bilər, axı narazı olan tək­cə fermerlər deyil. Qatarların maşinistlə­ri, uzaq yola çıxan avtomobil sürücüləri, restoran sahibləri də artıq əzələlərini göstərmək istəyirlər və etirazlara qoşula­caqlar. Belə olarsa, Almaniya iflic olmaq həddinə çatacaqmı? Ölkədə buna bən­zər tətillərə qanunla icazə verilmir. Yoxsa daha pis hadisələrin başvermə riski var? 

Alman həmkarımızın narahatlığını başa düşmək çətin deyil. Yüzlərlə traktor hələ dekabr ayında Brandenburq qapı­larının qarşısına toplaşaraq Berlinin “17 iyun” küçəsini iflic vəziyyətinə salmışdı­lar. Əlbəttə, bu ölkənin bir həftə sonra qarşılaşdığı traktor etirazlarının, olsa-ol­sa, ilk işartıları idi. Yanvarın 8-də traktor­lu etiraçılar Almaniyanın bir çox meqa­polislərində hərəkəti iflic etdilər. Bundan sonra bir sıra sahələr də artıq etiraz dal­ğasına qoşulmağa hazırlaşdılar. Ayrı-ay­rı etirazlar artıq ölkəni iflic edə biləcək kütləvi hərəkata çevrilməkdədir. Xristian -Sosialist İttifaqında (XSİ) baş verənlərə görə “işıqfor” hökumətini günahkar hesab edirlər. 

XSİ-nin Bundestaqdakı fraksiyası­nın rəhbəri Aleksandr Dobrindt bildirir ki, “işıqfor” Almaniyanı qarşıqlıqlara gətirib çıxardı. Biz bu ölkənin onillərlə görmə­diyi qütbləşməsı şəraitində yaşayırıq. “İşıqfor” uçurumun kənarındadır, o iqti­sadi inkişafı məhv etdi, enerji böhranına səbəb oldu, sadəcə miqrasiya böhranını və bir çox başqa problemləri həll etmədi ki, bunlar da cəmiyyəti qorxuya salır və etirazlara qaldırır”. 

Aqrar sahənin insanları uzaq yola çıxanlardan dəstək alırlar. Federal hö­kumətin kəskin iqtisadi planlarına qarşı mübarizəyə qalxan isə təkcə onlar deyil. Əlavə gəlir vergisini 19 faizə qaldırandan sonra restoratorların da əhvalı kəskin korlanıb. Həftənin ortasında isə dəmir yo­lunun dayanacağı, qatarların maşinistlə­rinin uzunmüddətli əmək mübahisələrinə başlayacağı gözlənilir. 

Almaniya Fermerləri Assosiasiyası­nın prezidenti Yoahim Rukvid bəyan edib ki, əgər hökumət iqtisadi planlarının üs­tündə durarsa, yanvar ayı çox isti keçə­cək. Yanvarın 15-də assosiasiya Berlin­də növbəti böyük nümayişlərin təşkilini planlaşdırır. Bunun üçün ölkənin bütün fermerləri səfərbər edilib. 

Alman politoloq Verner Patsel bildirir ki, əgər siyasətçilər əhalinin böyük bir hissəsinin nəyin doğru, nəyin doğru ol­madığı ilə bağlı fikirlərinə qulaq asmasa­lar, o zaman etirazlar daha da artacaq. Ayrı-ayrı etirazlar isə sonradan birləşə­cəksə, o zaman faktiki olaraq qanunla qadağan edilən ümummilli etiraz dalğası baş qaldıracaq. Belə olan halda Almani­ya, demək olar ki, vətəndaş müharibəsi öncəsi mümkün olan ən gərgin vəziyyətlə qarşılaşacaq. 

Çox da uzaq olmayan keçmişdə dün­yanın aparıcı iqtisadiyyatları sırasında ilk üçlüyə daxil olan Almaniyanın bu gün belə bir vəziyyətə düşməsi təkcə bu ölkə­nin deyil, bütövlükdə, Avropada işlərin heç də yaxşı olmadığından xəbər verir. 

Hazırladı:
İlqar
XQ

Dünya