Hindistan və Rusiya nüvə enerjisi sahəsində əməkdaşlığı inkişaf etdirəcək

post-img

Rusiyanın Hindistandakı səfiri Denis Alipov bildirib ki, iki ölkə nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

TASS xəbər verir ki, o, bu barədə Valday Klubu və Vivekananda Fondunun konfransında müvafiq bəyanatla çıxış edib.

“Biz Hindistanın digər obyektlərində nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirmək və daha böyük gücə malik nüvə reaktorları təklif etmək üçün əməkdaşlığı davam etdirməyə ümid edirik”, - diplomat bildirib.

Onun sözlərinə görə, Kudankulam atom elektrik stansiyasında hər biri 1000 meqavat gücündə altı reaktor var.

“Biz həmçinin kiçik nüvə reaktorları ilə bağlı dialoq aparırıq”, - Alipov bildirib.

O əlavə edib ki, bu, iki dövlətin maraqlarına cavab verir.

S.ELAY

XQ

Dünya