Ərdoğan: Terrorçulara qarşı mübarizəmizdən qəti geri çəkilməyəcəyik

post-img

Türkiyə nəyin bahasına olursa olsun, İraqın şimalında və ya Suriyada terror təşkilatının olmasına imkan verməyəcək. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan İraqın şimalında terrorçularla toqquşmada 6 türk hərbçisinin həlak olmasını şərh edərkən deyib. Məlumatı “Anadolu” verib. 

“Biz imperialistlərin subpodratları ilə işləyən zərbə qruplarına qarşı mübarizəmizdən qəti şəkildə geri çəkilməyəcəyik”, - deyə Türkiyə lideri sosial mediadakı açıqlamasında bildirib.

Ərdoğan Şimali İraqda hərbçilərin həlak olması ilə bağlı ailələrinə, yaxınlarına və türk xalqına başsağlığı verib: “Əclaf separatçılar tökdükləri qana görə cavabdeh olublar və cavab verəcəklər”.

Dövlət başçısı vurğulayıb ki, Ankara sonuncu terrorçu məhv edilənə qədər terrorun məhv edilməsi strategiyasını həyata keçirməyə davam edəcək.

P.ƏMİRCANOV
XQ

Dünya