Blinken: ABŞ müstəqil Fələstin dövlətinin yaradılmasına sadiqdir

post-img

ABŞ dövlət katibi Antoni Blinken fransız, alman və britaniyalı həmkarları ilə telefon danışığında Vaşinqtonun müstəqil Fələstin dövlətinin yaradılması ideyasına sadiqliyini təsdiqləyib. Məlumatı “Anadolu” verib. 

Dövlət Departamentinin məlumatına görə, Blinken Fransa, Almaniyanın və Böyük Britaniyanın xarici işlər nazirləri Ketrin Kolonna, Annalena Berbok və Devid Kemeronla telefon danışığı aparıb.

Dövlət katibi blokadada olan Qəzza zolağının əhalisinə təcili humanitar yardımın göstərilməsinin, mülki əhali arasında itkilərin minimuma endirilməsinin və regionda gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini qeyd edib.

Blinken həmçinin Husilərin Qırmızı dənizdə gəmilərə hücumlarını pisləyib və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığa çağırıb.

Nazirlər Ukraynaya yardımın göstərilməsi mövzusunu da müzakirə ediblər.

 

P.ƏMİRCANOV

XQ

Dünya