Danimarka-ABŞ hərbi əməkdaşlığı güclənir

post-img

Danimarka və ABŞ, Amerika əsgərlərinin və hərbi texnikalarının Danimarka torpaqlarında yerləşməsinə imkan verəcək bir müdafiə razılaşması əldə ediblər . Reuters xəbər veri ki, bunu ölkənin Baş naziri Mette Frederiksen deyib: “Bu o deməkdir ki, Amerika əsgərləri və texnikası Danimarka torpaqlarında daimi olaraq yerləşdirilə bilər”.

M.Frederiksen qeyd edib ki, Danimarka və ABŞ-ın keçən ilin fevralında başladığı danışıqlar bu həftənin sonunda imzalanacaq və lazımi qanunun qəbul edildiyi təxminən bir il sonra qüvvəyə minəcək.

Əlavə edək ki, Finlandiya da ötən bazar ertəsi ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb. İsveç ilə ABŞ arasında oxşar müqavilə dekabr ayının əvvəlində bağlanıb. 

S.ELAY

XQ

Dünya