Ermənistan Təhlükəsizlik Şurası Azərbaycanla normallaşmanı müzakirə edib

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı məsələlər müzakirə olunub.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

İki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı məsələlərlə yanaşı, Ermənistanda ərzaq təhlükəsizliyi, silahlı qüvvələrdə vahid avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması və ölkənin təhlükəsizliyi məsələləri də müzakirə olunub.

İclasda iştirak edənlər arasında xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan, iqtisadiyyat naziri Vahan Kerobyan təqdimatlarla çıxış ediblər.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya