G7-dən Ukraynaya növbəti dəstək

post-img

Yeddilik Qrupu (G7) ölkələrinin nümayəndələri Rusiyanın Ukraynaya hərbi hücumundan sonra dondurulan aktivlərinin bir hissəsinin müsadirəsi ilə bağlı danışıqları aktivləşdiriblər.

Bu barədə Böyük Britaniyanın “Financial Times” qəzeti yazıb. Nəşrin məlumatına görə, buna Avropa İtti­faqının Ukraynaya dördillik dəstək proqramı çərçivəsin­də 50 milyard avro ayırması məsələsinin hələ də həll olmaması, ABŞ Konqresinin isə Kiyevə 61 milyard dol­larlıq yardım paketini təsdiq etməməsi səbəb ola bilər. Bu halda Rusiyanın dondurulan aktivlərinin bir hissəsi­nin Ukraynaya yönəldilməsi alternativ maliyyə mənbə­yinə çevrilir. 

Bir müddət öncə Böyük Britaniyanın xarici işlər na­ziri Devid Kemeron ölkə parlamentində çıxışı zamanı Rusiyaya məxsus aktivlərin müsadirə edilməsi və onla­rın Ukraynaya yönəldilməsi üçün qanuni yolunun möv­cudluğuna əmin olduğunu bildirib.

XQ

Dünya