Peskov: Rusiya və İran liderləri çox məzmunlu söhbət etdilər

post-img

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov dekabrın 8-də keçirdiyi brifinqdə bildirib ki, Moskva ilə Tehran arasında geniş danışıqlar aparılıb, tərəflər iki saatdan çox məzmunlu söhbət ediblər. Məlumatı “İzvestiya.ru” verib.

Bir gün əvvəl Kremldə Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı İbrahim Rəisi arasında danışıqlar olub. Söhbət zamanı liderlər həm iki ölkə arasındakı münasibətləri, həm də beynəlxalq məsələləri müzakirə ediblər, görüş beş saatdan çox davam edib.

Peskov qeyd edib ki, liderlər arasında Fələstin-İsrail münaqişəsi ilə bağlı fikir mübadiləsi, Rusiya-İran tərəfdaşlığının müzakirəsi, həmçinin “digər beynəlxalq məsələlərə baxışların sinxronlaşdırılması” olub.

“Genişləndirilmiş formatda iki saatdan çox davam edən çox məzmunlu söhbət oldu və nazirlər öz sahələri üzrə hesabat verdilər və ətraflı şəkildə dedilər ki, harada problemlər, hansı həll yolları var, sürətləndirmək üçün nə etmək lazımdır? Gələcək əməkdaşlıq üçün çox geniş danışıqlar aparıldı”, - Kreml rəsmisi bildirib.

Brifinq zamanı Peskov həmçinin bildirib ki, Rusiya-İran danışıqlarının iştirakçıları OPEC+ çərçivəsində əməkdaşlıq mövzusunu da müzakirə ediblər.

 

P.ƏMİRCANOV

XQ

Dünya