Ermənistan hökumətinin iclasında elektrik enerjisi kəsildi: Paşinyan əsəbiləşdi

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 23-də hökumətin iclasında çıxışı zamanı elektrik enerjisi bir neçə saniyə kəsilib.

“Mən sizinlə bu haqda danışdım, cənab Sanosyan, bu gün mən qərargahın rəhbəri ilə bu mövzuda danışdım. Ermənistanda biz elektrik enerjisinin keyfiyyəti ilə bağlı məsələ qaldırırıq və ardıcıl deyilik. Nə vaxta qədər eyni məsələ ilə bağlı daim göstəriş verə bilərsiniz? Bizdə elektrik enerjisi keyfiyyətsizdir, bu binada da iş kabinetlərində işıqlar yanır, işığın kəsilməsi təəccüblü deyil”, – Paşinyan Ermənistanın Administrasiyası və İnfrastrukturları naziri Qnel Sanosyan müraciət edib. 

XQ


Dünya