Makron Qazaxıstana gəlib

post-img

Fransa prezidenti Emmanuel Makron Astanaya rəsmi səfərə gəlib. Onu paytaxtın hava limanında Qazaxıstanın Baş naziri Əlixan Smailov qarşılayıb. Məlumatı Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən “İnterfaks.ru” yayıb. 

Məlumatda deyilir: “Qısa söhbət zamanı hökumət başçısı bu səfərin Astana ilə Paris arasında strateji tərəfdaşlığın gələcək inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə edib”.

Qazaxıstan və Fransa prezidentləri Kasım-Jomart Tokayev və Emmanuel Makron ticarət-iqtisadi, investisiya və enerji əməkdaşlığının gücləndirilməsinə dair danışıqlar aparacaq, beynəlxalq və regional gündəlikdəki məsələləri müzakirə edəcəklər.

Səfər zamanı Fransanın “Electricite de France SA” (EDF) şirkətinin Qazaxıstanda atom elektrik stansiyasının tikintisində iştirak perspektivi müzakirə olunacaqş Bunu Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib.

“EDF şirkətinin Qazaxıstanda dinc nüvə enerjisindən istifadənin inkişafı layihələrində iştirak imkanlarının müzakirəsi planlaşdırılır”, - deyə nazir jurnalistlərə bildirib.

Satkaliyevin sözlərinə görə, tərəflər həm də KATCO müştərək müəssisəsi tərəfindən respublikada uran yataqlarının gələcək işlənməsi barədə razılığa gələcəklər.

P.ƏMİRCANOV

XQ

Dünya