Kreml Baydenin yeni dünya nizamı haqda fikirlərini bəyənib

post-img

Moskva yeni dünya nizamına ehtiyac olduğunu deyən ABŞ Prezidenti Co Baydenlə tamamilə razıdır. O, öz iradəsini başqa ölkələrə sırımaq cəhdlərindən azad olmalıdır. Bunu oktyabrın 23-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib. Məlumatı “İzvestiya.ru” yayıb. 

Peskov deyib: “Biz ABŞ Prezidenti Co Baydenlə tamamilə razıyıq. Bu, tamamilə razılaşdığımız nadir haldır: dünyaya bizim iradəmizi və qərarlarımızı başqa ölkələrə sırımaq cəhdlərindən azad olan yeni dünya nizamına ehtiyacı var”.

Kreml nümayəndəsi əlavə edib ki, dünya bütün idarəetmə mexanizmlərini bir dövlətin əlində cəmləşdirmək cəhdlərindən azad olmalıdır: “Yeni dünya nizamı “bir hüquqa, qarşılıqlı hörmətə, qarşılıqlı faydaya və bir-birinin daxili işlərinə qarışmamağa” əsaslanmalıdır”.

Peskov xatırladıb ki, Baydenin ABŞ-ın belə bir nizam yarada biləcəyinə dair başqa bir ifadəsi də var: “Bu hissədə onunla razı deyilik. Birləşmiş Ştatlar bu və ya digər şəkildə hansı dünya düzənindən bəhs etməsindən asılı olmayaraq, Amerika Birləşmiş Ştatlarının ətrafında fırlanan Amerika mərkəzli dünya nizamını nəzərdə tutur. Bu, artıq baş verməyəcək”. 

Qeyd edək ki, Bayden oktyabrın 20-də seçki kampaniyası zamanı bəyan edib ki, bəşəriyyət ABŞ-ın qura biləcəyi yeni dünya nizamına ehtiyac duyur. Prezident qeyd edib ki, o nikbindir, lakin yaxın gələcəkdə baş verəcək hadisələrdən çox şey asılı olacaq

P.ƏMİRCANOV
XQ

Dünya