Qəzzaya ilk humanitar yardım maşını gəlib

post-img

Fələstin sakinlərinə humanitar yardımın çatdırılması üçün Misirin Qəzza zolağı ilə sərhədində yerləşən Rəfah keçid məntəqəsi açılıb. Bu barədə oktyabrın 21-də “Əl-Qahera el-Ekhbariya” telekanalına istinadən “İzvestiya.ru” məlumat yayıb .

Məlumatda qeyd olunur ki, humanitar yardım daşıyan ilk yük maşınları artıq Qəzza zolağına getməyə başlayıb: "Tibbi dərmanlar və digər humanitar yardım daşıyan yük maşınları Misirin Rəfahdakı keçid məntəqəsindən keçərək Qəzza zolağına getməyə başlayıb", - telekanal müxbiri bildirib.

Bundan əlavə, yaxın vaxtlarda xarici vətəndaşlar nəzarət-buraxılış məntəqəsi vasitəsilə Qəzzanı tərk edə biləcəklər.

P.ƏMİRCANOV
XQ

Dünya