Pakistan icazəsiz mühacirlərlə vidalaşacaq

post-img

Pakistanın hakimiyyət orqanları oktyabrın sonunadək bütün qanunsuz mühacirləri ölkədən çıxaracaq. Bunu Pakistanın Bəlucistan əyalətinin müvəqqəti hökumətinin informasiya naziri Yan Açakzay deyib.

“Pakistan müvafiq sənədləri olmadan ölkədə yaşayan bütün xarici vətəndaşların deportasiya edilməsi barədə yekun qərar qəbul edib. Biz oktyabrın 31-dək onların ölkələrinə qayıtmasını təmin etməyə çalı­şacağıq”, - deyə nazir bildirib. Onun söz­lərinə görə, BMT-nin qaçqınların işi üzrə Ali komissarlığında qeydiyyatdan keçən şəxslər sonrakı qərara qədər Pakistanda qalacaqlar.

Qeyd edək ki, hazırda Pakistanda 1,3 milyon qanunsuz mühacir mövcuddur və onların əksəriyyətini əfqanıstanlı qaçqın­lar təşkil edir. Sənədsiz miqrantlar arasın­da, həmçinin İran, İraq, Suriya və digər ölkələrin vətəndaşları var.

BMT-nin məlumatına görə, Pakistana sığınan əfqanıstanlı qaçqınların sayı bu ilin iyun ayında 3,5 milyon nəfərə yüksəlib və əgər problemin həlli üçün İslamabada beynəlxalq yardım göstərilməsə, onların vəziyyəti böhran həddinə çatacaq.

XQ

Dünya