Putin Çinə səfərə gəlib

post-img

Bu gün səhər saatlarında Rusiya Prezidenti Vladimir Putin Pekinə iki günlük səfərə gəlib. Onun “Bir kəmər, bir yol” Forumunun açılışında iştirak edəcəyi və bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözləınilir. Məlumatı “İzvestiya.ru” verib. 

Bu gün axşam Putinin Vyetnam Prezidenti Vo Van Thuong, Tailand Krallığının Baş naziri Settha Thaweesin və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thongloun Sisoulith ilə görüşü planlaşdırılır. Bu barədə bir qədər əvvəl dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

Səfərin ikinci günü prezident forumun açılış mərasimində, Rusiya-Çin danışıqlarında və bir sıra digər ikitərəfli görüşlərdə iştirak edəcək.

Qeyd edək ki, “Bir kəmər, bir yol” Çinin transmilli ticarət və investisiya layihələrini aktivləşdirdiyi beynəlxalq forumdur. Tədbir həmçinin bütün iştirakçı ölkələrin iqtisadiyyatlarının stimullaşdırılmasına, mədəni əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə kömək edir.

 

P.ƏMİRCANOV

XQ

Dünya