İsrail və Fələstinin itkiləri

post-img

HƏMAS-ın hücumu nəticəsində həlak olan israillilərin sayı 1300 nəfərə çatıb. Məlumatı “Sky News Arabia” İsrail KİV-ə istinadən verib. Xəbəri “İzvestiya.ru” yayıb.  

Məlumata görə, İsrail tərəfdən yaralananlar 3300 nəfər olub. 

İsrailin əks-hücum əməliyyatları nəticəsində isə Fələstin tərəfdən həlak olanların sayı isə 1203 nəfər olub. Fələstinlilərdən 5763 nəfər müxtəlif dərəcəli yaralar alıb. 

P.ƏMİRCANOV
XQ

Dünya