Zurabişvilinin impiçmenti ilə bağlı qərar qəbul edilməyib

post-img

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə Prezidenti Salome Zurabişvilinin impiçmenti ilə bağlı qərar qəbul etməyib. Bu barədə bu gün gürcü KİV-ə istinadən “Anadolu” məlumat yayıb.

Məlumata görə, Konstitusiya Məhkəməsi bu gün də məsələyə baxmağı davam etdirəcək. 

Oktyabrın 3-də məsələ 6 saat ərzində müzakirə edilib. İclasda “Gürcü arzusu” partiyasının başçısı İrakli Kobaxidze iştirak edib. Zurabişvili iclasa qatılmayıb. 

Qeyd edək ki, Gürcüstanda hakim “Gürcü arzusu” partiyası prezidenti Nazirlər Kabinetinin icazəsi olmadan Avropaya səfər etməkdə günahlandırır. 

P.ƏMİRCANOV

XQ

 

Dünya