Fiziologiya və tibb üzrə 2023-cü ilin Nobel mükafatı laureatları Katalin Kariko və Dryu Vaysmana verilib. Onlar COVID əleyhinə peyvəndin hazırlanmasına görə layiq görülüblər. Məlumatı “İnterfaks.ru” verib.
Məlumata görə, peyvəndlənmə üçün mPNK konsepsiyasından istifadə 30 il əvvəl təklif olunub. Ancaq ilkin eksperimentlər göstərib ki, bu texnologiyadan istifadə zamanı arzuolunmaz iltihabi reaksiyalar meydana çıxır. Kariko və Vaysman koronavirus pandemiyası zamanı klinik istifadədə bu yan təsirlərdən qaçmaq imkanını tapıblar.
Qeyd edək ki, oktyabrın 3-də fizika, 4-də kimya, 5-də isə ədəbiyyat üzrə Nobel mükafatı lauteatları məlum olacaq.
P.ƏMİRCANOV
XQ