Avropa diplomatiyasının başçısı Jozep Borrel bəyan edib ki, Kiyevdə Avropa İttifaqının xarici işlər nazirlərinin qeyri-formal görüşünü təşkil edir. Məlumatı “İnterfaks.ru” verib.
“Bu gün Aİ XİN başçılarını Kiyevə çağırıram. Bu, bütün 27 üzv ölkənin Aİ ərazisindən kənarda ilk görüşüdür”, - deyə Borrel özünün X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, görüş qeyri-formal xarakter daşıyır və orada heç bir konkret qərar qəbul edilməyəcək.
Qeyd edək ki, Borrel bazar günü Kiyevə gəlib və Ukrayna rəsmiləri ilə görüşlər keçirib.
P.ƏMİRCANOV
XQ