13,7 milyard il əvvəl Böyük Partlayış baş verib. Nəticədə kainatımız yaranıb. İçində olduğumuz və müşahidə etdiyimiz Kainat sürətlə genişlənir. Bununla belə, biz bilirik ki, kosmosun sərhədləri yoxdur və Kainatımızın hüdudlarından kənarda olanlar sirr olaraq qalır.
Yer üçün ən təhlükəli asteroid “2004 VD17”-dir. Planetimizin məşhur “Apofis” asteroidindən daha çox təhdid edir. Uzununa dartılmış orbiti ilə Venera və Marsın orbitlərini kəsir. Bu planetlər onun hərəkətini Yerə doğru dəyişə bilər.
Beynəlxalq Kosmik Stansiyadan kənarda gündüz temperatur 4 dərəcə Selsiyə çatır. Ancaq Yerin kölgəsində temperatur mənfi 160 ° C-ə düşür.
Alimlər Kainatın ən soyuq ulduzunu kəşf ediblər. Bu, “ WISE 1828+2650” qəhvəyi rəngli cırtdan ulduzdur. Ulduzun səthindəki temperatur +25 dərəcə Selsidir. O, bizdən 47 işıq ili uzaqlıqda, Lira bürcündə yerləşir.
PÜNHAN
XQ

