ABŞ-ın dövlət borcu 33 trilyon dolları keçib

post-img

ABŞ-ın dövlət borcu rekordunu yeniləyib. Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, borc tarixdə ilk dəfə 33 trilyon ABŞ dollarını keçib. Bununla bağlı əvvəlki rekord isə iyunda qeydə alınmışdı.

Üç ay ərzində (16 iyundan) ABŞ-ın ümumi dövlət borcu 1 trilyon dollar artıb. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sentyabrın 18-nə ölkənin dövlət borcu 33,044 trilyon dollar təşkil edib. 

P.ƏFƏNDİ

Dünya