Moskva və Tehranın qarşılıqlı əlaqələri yeni səviyyəyə qalxır, RF və İİR arasında dialoq bu gün xüsusi intensivliklə inkişaf edir. Bunu Rusiyanın İranda səfərdə olan müdafiə naziri Sergey Şoyqu bəyan edib. Məlumatı XQ “İnterfaks.ru”ya istinadən xəbər verir.
O, İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ilə görüşdə deyib: “ABŞ və Qərb müttəfiqlərinin maneələrinə baxmayaraq, planlaşdırılmış tədbirlərin bütün kompleksini reallaşdırmaq əzmindəyik. Rusiya və İran əleyhinə sanksiya təzyiqləri özünün perspektivsizliyini göstərir, eyni zamanda, Rusiya-İran əlaqələri yeni səviyyəyə qalxır”.
Şoyqu qeyd edib ki, hər iki ölkə Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində birgə fəaliyyətə hazırdır.
Paşa ƏMİRCANOV