Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Lloyd Ostin ölkəsinin verdiyi “Abrams” tanklarının tezliklə Ukrayna ordusu tərəfindən istifadə ediləcəyini açıqlayıb.
XQ “Rosbalt”a istinadən xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Almaniyanın Ramşteyn bazasında keçirilən 15-ci Ukrayna Müdafiə Əlaqə Qrupunun toplantısından əvvəl çıxış edib.
“Abrams” tankları tezliklə Ukraynaya daxil olacaq'', - deyə Lloyd Ostin qeyd edib.
ABŞ və digər tərəfdaşların Ukraynaya verdikləri müdafiə dəstəyinin 76 milyard dolları keçdiyini bildirən Ostin bu ölkəyə dəstəyin davam edəcəyini bildirib.
ABŞ-ın müdafiə naziri həmçinin bildirib ki, onlar ukraynalı F-16 pilotlarına təlim keçəcəklər.
Anar ƏLİ
XQ