Kirbi: Ukraynada münaqişənin artması ABŞ-ın milli təhlükəsizliyinə zərər verəcək

post-img

ABŞ Ukraynanın Rusiyadakı hədəflərə hücumlarını təşviq etmir, çünki bu, münaqişənin genişlənməsinə səbəb ola bilər. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “The Daily Telegraph”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, haraya zərbə endirilməsi ilə bağlı qərarı silahlı qüvvələrin ali baş komandanı olan Ukrayna prezidenti Vladimir Zelenski verir. Cənab Kirbi qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynanı yalnız silahla təmin edir, lakin hücumlarla bağlı yekun qərarlar Ukrayna hakimiyyətinin səlahiyyətindədir. 

“Bu gündən etibarən biz hələ də Ukraynanı Rusiya daxilində hücuma sövq etmirik və ya təşviq etmirik. Biz hesab edirik ki, müharibə Ukrayna ərazisindədir və diqqətimizi buna yönəltməliyik... Biz açıq şəkildə bildirdik ki, ABŞ-ın verdiyi silahların Rusiya ərazisinə hücum etmək üçün istifadə olunmasını görmək istəmirik... Bu, yalnız Ukrayna xalqına yox, həm də bizim milli təhlükəsizliyimizə heç bir fayda verməyəcək",-deyə C.Kirbi vurğulayıb.

S.ELAY

XQ

Dünya