Kanada Ukraynaya 24,3 milyon ABŞ dolları ayıracaq

post-img

Kanada Rusiyanın raket və pilotsuz təyyarələrinin hücumlarının qarşısını almaq üçün Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün 33 milyon Kanada dolları (təxminən 24,3 milyon ABŞ dolları) ayıracaq. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Ayrılan vəsait Kanadanın Baş naziri Castin Trudonun iyun ayında Ukraynaya səfəri zamanı elan etdiyi hərbi yardım paketinin bir hissəsidir.

Kanada Müdafiə Nazirliyinin məlumatına görə, Ottava 2022-ci ilin əvvəlindən Kiyevə 8 milyard Kanada dollarından çox maliyyə vəsaiti ayırıb.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya