ABŞ Rusiya gübrələrinin alışını rekord səviyyəyə çatdırıb

post-img

RİA Novosti-nin Amerika statistika xidmətinin məlumatlarının təhlilinə əsasən, yanvar-iyul aylarında ABŞ Rusiya gübrələrinin alışını rekord səviyyəyə – 944 milyon dollara çatdırıb.

Əvvəlki maksimum ötən il, yeddi ay ərzində alışların dəyəri 900 milyon dollara çatanda qeydə alınıb. Bu il ixracın dəyəri beş faiz artıb. 

Eyni zamanda, iyulda alışlar iyun ayı ilə müqayisədə 3 dəfə və illik ifadədə demək olar ki, 40% azalaraq 54,4 milyon dollar təşkil edib. Bu, 2021-ci ilin avqustundan bəri minimumdur. 

Rusiya bu il ABŞ-a gübrə tədarükündə ikinci yeri tutub. Birinci yerdə yeddi ayda 2,8 milyard dollar dəyərində gübrə tədarük edən Kanadadır. İlk beşliyə, həmçinin Səudiyyə Ərəbistanı (484,4 milyon dollar), İsrail (216 milyon dollar) və Qətər (214,2 milyon dollar) daxildir.

Ümumilikdə, ABŞ bu ilin yanvar-iyul aylarında gübrə idxalını 22% azaldaraq, altı milyard dollara çatdırıb. Eyni zamanda, bu kateqoriya üzrə Amerika ixracı da - 36% azalaraq 3,4 milyard dollara düşüb.

S.ELAY,

XQ

Dünya