Zelenski Baydenlə görüşməyi planlaşdırır

post-img

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasında çıxış etdikdən sonra Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşəcək. Bu barədə ABŞ administrasiyasındakı mənbələr anonimlik şərtilə məlumat veriblər. Xəbəri “Anadolu” yayıb. 

Məlumata görə, ABŞ və Ukrayna prezidentlərinin görüşü gələn həftə baş tuta bilər.

Ukrayna lideri ABŞ Konqresində də görüş keçirəcək. Hazırda Konqres Ukraynaya 21 milyard dollar həcmində əlavə yardım ayrılması məsələsini müzakirə edir. Bəzi respublikaçı konqresmenlər Kiyevə yardımı azaltmağa çağırırlar.

Qeyd edək ki, Zelenski 2022-ci ilin dekabrında Konqresdə çıxış etmiş, ölkəsinə ayrılan yardımın “sədəqə” deyil, “qlobal təhlükəsizlik və demokratiyaya investisiya” olduğunu bəyan etmişdi. 

Paşa ƏMİRCANOV
XQ

Dünya