Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen hesab edir ki, Avropa İttifaqı (Aİ) “yeni geosiyasi reallıqları tanımaq” üçün sərhədlərini genişləndirməlidir.
Bloomberg-in mənbələrə istinadən verdiyi məlumata görə, AK rəhbəri Ukrayna və Moldovanın “birlik dəyərlərini bölüşməyən ölkələrin təsiri altına düşməsinin qarşısını almaq üçün” Aİ-yə qəbul edilməsinin tərəfdarı olduğunu bildirib.
Agentliyin həmsöhbətlərinin fikrincə, ölkədə qanunvericiliyin ittifaqın qaydalarına uyğunlaşdırılması və Aİ-yə daxil olmaq üçün siyasi dəstək qazanması üçün hər iki ölkə islahatları sürətləndirməlidir. AK komissiyasının oktyabr ayında Ukrayna və Moldova ilə Aİ-yə üzvlüklə bağlı rəsmi danışıqların başlanmasını tövsiyə edib-etməmək barədə qərar qəbul edəcəyi gözlənilir.
Sentyabrın 13-də xanım fon der Lyayen Aİ-dəki işlərin vəziyyəti haqqında illik hesabatını təqdim etməlidir. Onun çıxışında Ukraynanın icmaya qəbulu məsələsinə də toxunacağı gözlənilir.
S.ELAY,
XQ