Türkiyə Liviyaya xilasedicilər və humanitar yardım göndərib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyada baş vermiş güclü daşqınlar nəticəsində 2 min insanın həlak olmasından kədərləndiyini və Liviya xalqı ilə həmrəy olduğunu bəyan edib. Məlumatı “Anadolu” verib. 

Ərdoğan X sosial şəbəkəsində yazıb: “Türkiyə Liviya xalqını dəstəkləyir”.

Dövlət başçısı həlak olanların ailələrinə başsağlığı verib, yaralananlara tezliklə sağalmağı arzulayıb.

Prezident bildirib ki, Türkiyə hökuməti Liviyanın Benqazi şəhərinə üç təyyarə ilə 168 xilasedici və humanitar yardım göndərmək barədə qərar qəbul edib.

Qeyd edək ki, Daniel qasırğası Liviyanın bir neçə rayonunda fəsadlar törədib. Daha çox Benqazi, Əl-Bayda, Əl-Mərc, eləcə də Sussa və Dernə şəhərləri zərər görüb. 

Təbii fəalkət nəticəsində Dernədə həlak olanların sayı 2000-i keçib. Minlərlə insan itkin düşüb. 

Paşa ƏMİRCANOV, 
XQ

Dünya