Onlayn tənqidə görə edam

post-img

Səudiyyə Ərəbistanında “X”də (keçmiş “Twitter”) hökuməti tənqid edən yazılar paylaşan Mohammad Alghamdi adlı istifadəçi ölüm cəzasına məhkum edilib. Tarixdə ilk dəfə bir şəxsin sosial şəbəkədəki paylaşımlarına görə ölüm cəzasına məhkum edildiyi qeydə alınıb. 

Təqaüdçü müəllimdən başqa, digər şəxslər də hökuməti onlayn tənqid et­diyinə görə 20 ildən 45 ilə qədər həbs cəzasına məhkum ediliblər. Səudiyyə hökumətinin “X”dəki istifadəçilərin mə­lumatlarını necə əldə etdiyi məlum de­yil. Bununla belə, FTB-nin şikayəti və ABŞ-da federal araşdırma nəticəsində keçmiş “X” əməkdaşının rüşvət qarşı­lığında istifadəçilərin məxfi məlumat­larını Səudiyyə hökumətinə satmaqda təqsirli bilinib.

Aytən NƏCƏFOVA, XQ

Dünya