Kanadada kütləvi uşaq məzarlığı tapılıb

post-img

Kanadanın Saskaçevan əyalətindəki keçmiş “Beauval” hindu məktəbinin ərazisində 79 uşaq, o cümlədən 14 körpənin dəfn edildiyi kütləvi məzarlıq tapılıb.

“CTV News” telekanalı xəbər verir ki, “English River First Nation” adlı hindu qəbiləsinin rəhbəri Cenni Vulverin mətbuat konfransında deyib: "Çox güman ki, bu, son rəqəm deyil. Mənim ürəyim ağrıyır".

Yerli hindulardan ibarət qrup axtarışa iki il əvvəl - 2021-ci ilin avqustunda başlayıb. Könüllülər bu prosesə yaşlı nəslin nümayəndələrinin yerli əhalinin, xüsusən uşaqların həlak olması barədə hekayələri əsasında qoşulublar. Cenni Vulverin qeyd edib: “"Bizi nə gözlədiyindən və nə tapacağımızdan əmin deyildik. Lakin biz zorla ingilis məktəblərinə göndərilən və bir daha evlərinə qayıtmayan uşaqların taleyi ilə bağlı nəsillər boyu paylaşılan hekayələri bilirdik". O, məzarlıqların tapılmasının "faciəli keçmişə uzun və çətin bir səyahətin" başlanğıcı olduğunu söyləyib.

“English River First Nation” rezervasiyası Saskaçevan əyalətinin şimalında yerləşir və 1860-cı ildə orada açılan “Beauval” hindu internat məktəbi 1969-cu ilə qədər Roma Katolik missiyası tərəfindən idarə olunurdu. 1983-cü ildə bu təhsil ocağı rəsmi olaraq bağlanıb.

Şübhəli məzarların tapılması məktəbdə baş verən ilk faciə deyil. Saskaçevan ştatının Regina Universitetinin məlumatına görə, 1927-ci ildə burada baş verən yanğında 19 oğlan və bir müəllim həlak olub. Kanadanın Həqiqət və Barışıq Komissiyası uşaqların taleyi barədə saö qalan azyaşlıların hekayələrini də hekayələrini dərc edib. Məsələn, Mervin Mirastı adında şəxs komissiyaya həmin məktəbdə həm özünün, həm də qardaşının cinsi istismara məruz qaldığını bildirib.

2013-cü ildə məktəbin keçmiş rəhbəri 1959-1967-ci illərdə oğlanlara qarşı zorakılıqda təqsirli bilinib və azadlıqdan məhrum edilib.

Dünya