Süni intellekt hər gün 34 milyon şəkil çəkir

post-img

“Everypixel” adlı servis 2022-ci ildən süni intellekt tərəfindən tərtib edilmiş fotoların sayını müəyyənləş­dirməyə başlayıb. 

Bəzi statistik məlumatları və faktları təhlil etdikdən sonra servisin əməkdaş­ları belə nəticəyə gəliblər ki, bu müddət ərzində süni intellekt vasitəsilə 15 mil­yard foto tərtib edilib. İnsanların fərdi şəkildə bu qədər foto çəkmələri üçün isə 150 il vaxt lazım olub. Belə ki, ilk foto 1826-cı ildə çəkilib və həmin ildən 1975-ci ilə kimi insanlar fərdi şəkildə bu qədər sayda foto çəkiblər. 

Keçən ilin aprel ayında “OpenAI” şirkəti “DALL-E 2” adlı süni intellekt sisteminin tətbiqinə başladığı andan istifadəçilər gün ərzində bu sistem va­sitəsilə, təxminən, 34 milyon foto tərtib edirlər.

Səadət RZAYEVA,
“Xalq qəzeti”

Dünya