Uşaqlar smartfonların hədəfində

post-img

Bu gün körpələr qələm tutma­ğı öyrənməzdən əvvəl smartfon və planşetdən istifadəyə meyil edirlər. 

Yaponiyanın Tohoku Universitetinin mütəxəssisləri aşkar ediblər ki, azyaş­lı uşaqlar cizgi filmlərinə baxdıqları və smartfonlardan istifadə etdikləri zaman onların inkişaf, sosial və özəl bacarıq­larında problemlər yaranır. Alimlərin son 4 ildə apardıqları tədqiqatlar za­manı 7 min körpənin bacarıqları təhlil olunub. Həmin körpələrin valideynləri uşaqların hər gün saatlarla televizora baxdıqlarını, smartfon və ya planşetdə oyun oynadıqlarını qeyd ediblər.

Ümumi sorğu nəticəsində məlum olub ki, uşaqların inkişaf səviyyələrini müqayisə etdikdən sonra alimlər belə nəticəyə gəliblər ki, 1 yaşına kimi olan uşaqların smartfon və ya planşetlərdən uzun müddət istifadə etmələri onların inkişafının ləngiməsinə səbəb olur. Hə­min uşaqlar digərləri ilə müqayisədə daha passiv olur və ünsiyyətdə çətinlik çəkirlər.

Dünya