“Vedomosti”: Rublun zəifləməsi səbəbindən miqrantların üçdə biri Rusiyanı tərk edə bilər

post-img

Əmək miqrantlarının üçdə birinə qədəri rublun dollar və avro qarşısında zəifləməsi nəticəsində gəlirlərin aşağı düşməsi səbəbindən Rusiyanı tərk edə bilər. Bu barədə “Vedomosti” qəzeti Moskvadakı özbək diasporunun rəhbəri Bəxrom İsmayılova istinadən məlumat yayıb.

Qəzetin istinad etdiyi özbək diasporu arasında keçirilən sorğuya əsasən, respondentlərin 50%-i dolların bahalaşmasına görə Rusiyanı tərk etmək barədə düşünür, 25%-i bunu etməyi planlaşdırmır, 25%-i isə hələ ki, qəti qərar verməyib. Sorğuda 22 800 insan iştirak edib.

Bəhrom İsmayılovun dediyinə görə, Rusiyadakı əcnəbilərin qazancı dolların məzənnəsinin artması ilə əlaqədar olaraq azalır və ölkə daxilindəki gəlirləri ilə müqayisə oluna bilər. Onun fikrincə, ilk növbədə, ən az maaş alan sahələrdə - pərakəndə satış, iaşə, təmizlik, ictimai iaşə, kuryer çatdırılması, kənd təsərrüfatı və s.-də çalışan miqrantlar Rusiyanı tərk edəcəklər.

Öz növbəsində Rusiya Tacikistanlılar İttifaqının sədri Abdullo Davlatov qeyd edib ki, miqrantlar da valyuta konvertasiyası ilə bağlı öz doğma ölkələrinə köçürərkən qazandıqları pulun bir hissəsini itirirlər. Onun fikrincə, ölkəni tərk etmək qərarına media və sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarının Tacikistandan olan miqrantlara qarşı reydlərinin işıqlandırılmasını şişirdən informasiya kampaniyaları da təsir edir. Eyni zamanda, o hesab edir ki, yaxın gələcəkdə heç bir ciddi axının olmayacaq, çünki hamının Rusiyanı tərk etmək imkanı yoxdur.

Lakin qəzetin müsahibə verdiyi digər ekspertlər belə rəqəmləri şübhə altına alıblar. Belə ki, miqrasiya məsələləri üzrə ekspert Vadim Kojenov qeyd edib ki, bir çox miqrant daimi yaşamaq üçün Rusiyaya köçür. Onun fikrincə, rublun zəifləməsi ilə əlaqədar xarici vətəndaşların axını 10%-i keçməyəcək.

Dünən, avqustun 14-də Moskva birjasında dollar 101, avro 110 rubla kimi bahalaşıb. Avqustun əvvəlindən rublun ucuzlaşması sürətlənib və təxminən 7% təşkil edib ki, bu da bütün iyulun göstəricisindən çoxdur. Mərkəzi Bank rublun məzənnəsinə görə maliyyə sabitliyinə heç bir təhlükə görmədiyini bildirir. 

Dünya