Fransa Burkina-Fasoya yardımı dayandırıb

post-img

Fransa Xarici İşlər Nazirliyi Burkina-Fasoya yardımın dayandırıldığını açıqlayıb. AFP xəbər verir ki, bu, ölkənin inkişafına dəstək və büdcə yardımına aid olacaq.

2022-ci ildə hərbi çevrilişlə üzləşən Burkina-Faso demokratik yolla seçilmiş prezidenti devirən Niger üsyançılarına dəstək verib. Burkina Faso, çevrilişdən sonra hakimiyyəti də ölkəyə rəhbərlik edən Mali ilə birlikdə Nigerə hərbi müdaxiləni özlərinə qarşı hücum hesab edəcəklərini açıqlayıb.

Fransa daha əvvəl Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin prezident Məhəmməd Bazumu hakimiyyətə qaytarmaq səylərini dəstəkləyib. ECOWAS daha əvvəl Niger ordusunu hərbi müdaxilə ilə hədələmişdi. Burkina-Faso, Mali və Niger keçmiş Fransa koloniyalarıdır.

S.ELAY,

"Xalq qəzeti"

Dünya