Ermənilər ölkənin təhlükəsizliyindən və yeni müharibədən qorxurlar

post-img

Ermənistan vətəndaşlarının üçdə biri (30,4 faiz) respublikanın təhlükəsizliyindən qorxur.

Erməni KİV xəbər verir ki, bunu MPG/Gallup Beynəlxalq Assosiasiyasının apardığı telefon sorğusunun məlumatları sübut edir.

Məlumata görə, Ermənistan vətəndaşlarının 27,8 faizi sərhədlərin dəqiqləşdirilməsi problemindən, ermənilərin 32,4 faizi yeni müharibə təhlükəsindən narahatdır.

Vətəndaşların 30,7%-i Qarabağ ətrafındakı vəziyyəti Ermənistanın əsas problemi adlandırıb.

Sorğu iyulun 27-dən 31-dək Ermənistanda keçirilib, 1100 respondent iştirak edib.

Respondentlərin 16,1%-i baş nazir Paşinyana etibar edir, 14,5%-i məhdud etimad göstərir, 13,1%-i heç güvənmir, 54,45%-i isə ümumiyyətlə, etibar etmir.

"Xalq qəzeti"

Dünya