Şuşada ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir

post-img

Şuşada Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda İşçi qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin müdiri Raqub Mirzəyev, ETSN-nin Ekoloji siyasət şöbəsinin Tullantıların idarə olunması sektorunun müdiri Mehman Nəbiyev, FHN-nin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin şöbə rəisi Vaqif Fətullayev, Minatəmizləmə Agentliyinin Operativ Qərargahının rəisi İdris İsmayılov, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova və digər üzvlər iştirak edirlər.

İclasda Şuşa rayonunun biomüxtəlifliyi və onun tədqiqi, Şuşa şəhərində bərk məişət tullantılarının idarə olunması, işğaldan azad edilmiş ərazilərdə tikinti-söküntü tullantılarının idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi, Şuşa şəhərində yaşıllıqların mühafizəsi və zənginləşdirilməsi perspektivləri, Şuşa şəhərinin və Daşaltı qəsəbəsinin su təchizatının təmin edilməsi məqsədilə Zarıslı çayı üzərində planlaşdırılan su anbarının texniki-iqtisadi əsaslandırma layihəsi, Şuşa yolunun tikintisi işlərində tələb olunan xammal təminatı, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlı daxil olan müraciətlər, işğaldan azad edilmiş ərazilərdə yaranan tikinti-söküntü,

Kəlbəcər və Laçın rayonlarında tikintisi planlaşdırılan su-elektrik stansiyaları, Şuşa şəhəri ərazisində icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələləri müzakirə edilir.



Sosial həyat