Borrell: Rusiyadan ucuz taxıl kasıb ölkələri asılı vəziyyətə salır

post-img

"Reuters" xəbər verir ki, Aİ-nin xarici işlər naziri Josep Borrell inkişaf etməkdə olan ölkələrə və G7 ölkələrinə məktub göndərərək, taxıl müqaviləsi ilə bağlı "aydın və vahid səsə" çağırıb. Brüssel hesab edir ki, Rusiya “həssas ölkələr” üçün aşağı qiymətlərin köməyi ilə “iqtisadi zəifliyi və qlobal ərzaq təhlükəsizliyi vəziyyətini kəskinləşdirərək yeni asılılıqlar” yaratmağa çalışır.

Məktubda deyilir: “Dünya tədarükün kəsilməsi və qiymət artımı ilə üzləşdiyi bir vaxtda Rusiya aşağı qiymətlərlə taxıl tədarükü ilə bağlı ikitərəfli təkliflərlə həssas ölkələrə üz tutur, guya özünün yaratdığı problemi həll edir".

Cənab Borrell, həmçinin bildirib ki, Aİ sanksiyaların üçüncü ölkələrin ərzaq təhlükəsizliyinə təsir göstərməməsi üçün bütün səyləri göstərib. O, əmin edib ki, Brüssel “Rusiyanın üçüncü ölkələrə ərzaq və gübrə ixracına” məhdudiyyət qoymayıb. 

Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika sammitində deyib ki, Moskva taxıl müqaviləsindən çıxdıqdan sonra ərzaq qiymətlərinin qalxmasından əldə edəcəyi gəliri Afrika ilə bölüşəcək. O, onlara “müəyyən miqdarda ərzaq pulsuz” veriləcəyini vəd edib.

"Xalq qəzeti"

Dünya