Stoltenberq Ukrayna-NATO Şurasını çağırıb

post-img

NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna tərəfinin “son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq” üçün yeni yaradılmış NATO-Ukrayna Şurasının iclasının çağırılması tələbinə razılıq verib.

Bu barədə "dpa" xəbər verir.

Alyansın sözçüsü Oana Lunqesku bildirib ki, görüş çərşənbə günü səfirlər səviyyəsində “son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq və Ukrayna taxılının Qara dəniz vasitəsilə daşınmasını müzakirə etmək” məqsədilə baş tutacaq.

Ukrayna prezidenti Vladimir Zelenski iyulun 22-də axşam videomüraciətində bildirib ki, telefon danışığı zamanı Rusiyanın Qara dənizdəki addımlarına görə Stoltenberqdən təcili olaraq Ukrayna-NATO şurasını çağırmağı xahiş edib.

"Xalq qəzeti"

Dünya