ABŞ kəşfiyyatı Rusiyanın taktiki nüvə silahlarından danışıb

post-img

CNN: ABŞ kəşfiyyatı Rusiyanın Belarusdakı taktiki nüvə silahlarını təsdiqləyib

ABŞ Müdafiə Kəşfiyyat İdarəsi Rusiyanın artıq taktiki nüvə silahlarının ilk partiyasını Belarusa ötürdüyünə şübhə etmir. Bu barədə ABŞ kəşfiyyatındakı mənbəyə istinadən CNN məlumat yayıb.

Amerika Alimləri Federasiyasının məlumatına görə, Rusiyada 1900-ə yaxın taktiki nüvə silahı da daxil olmaqla, təxminən 4477 yerləşdirilmiş və hazır vəziyyətdə olan nüvə başlığı var.

Telekanalın məlumatına görə, ABŞ və Qərb rəsmiləri hər hansı silahın Belarus tərəfinə verildiyini açıq şəkildə təsdiqləməyib.

Yüksək vəzifəli məmurlar kiçik bir qrup jurnalistə bildiriblər ki, analitiklərin Rusiya prezidenti Vladimir Putinin bəyanatlarına “şübhə etmək üçün heç bir əsası yoxdur”.

Eyni zamanda, CNN mənbələri Rusiyanın Belarusa taktiki nüvə silahı ötürməsi ilə bağlı məlumatın haradan gəldiyini açıqlamırlar.

Həmçinin qeyd edilir ki, ABŞ kəşfiyyatı bu silahları hətta peyk görüntüləri ilə də izləməkdə çətinlik çəkir.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsinin qrafikə uyğun olduğunu iddia etmişdi.

Bundan əvvəl Rusiyada yeni pilotsuz təyyarələrin qarşısının alınması sistemi yaradılmışdı.

"Xalq qəzeti"

Dünya