Paşinyan Ermənistanın anti-Rusiya sanksiyaları məsələsində öz qaydalarına əməl etdiyini açıqlayıb

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya qarşı sanksiyalar məsələsində “beynəlxalq birliyin məsul üzvü kimi çıxış edir” deyib. Eyni zamanda, onun sözlərinə görə, Ermənistan hakimiyyəti öz qaydalarına əməl edir.

AFP-yə müsahibəsində Paşinyan bəyan edib ki, Ermənistan bu məsələ ilə bağlı sıx təmasdadır və Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsi və ABŞ nümayəndəsi ilə əməkdaşlıq edir. O deyib  ki, Rusiya kimi böyük bir ölkə sanksiyaların öhdəsindən gələ bilər, lakin Ermənistanın Qərbə açıq şəkildə bəyan etdiyi “belə bir işin öhdəsindən gələ bilməz”.

“Bizim əməl etdiyimiz qayda budur. Təbii ki, Avropa və Amerika mətbuatında Ermənistanın bununla bağlı “boz zona” olduğunu göstərmək üçün lobbiçilik edən tanınmış qüvvələr də var. Lakin hələlik rəsmi səviyyədə nə Aİ, nə amerikalı tərəfdaşlar, nə də Rusiyadan şikayətimiz var, çünki biz aldatmaq istəmirik, hamımız açıq şəkildə deyirik və bizim mövqeyimiz qanunidir”, - Nikol Paşinyan vurğulayıb.

Hələ 2022-ci ilin yayında ABŞ Maliyyə Nazirliyi elan etmişdi ki, ən azı 18 ölkə Rusiyaya sanksiyalardan yan keçməyə kömək edir və onların arasında Ermənistanın da adı var. 2023-cü ilin fevralında Avropa Yenidənqurma və İnkişaf Bankı 2022-ci ilin martında ilk sanksiyaların tətbiqindən sonra Aİ və Böyük Britaniyadan Rusiyaya ixracın iki dəfədən çox azaldığı, Avropadan Ermənistan, Qazaxıstan və Qırğızıstana ixracın isə şübhəli şəkildə 15-90% artdığı barədə hesabat dərc edib. 

"Xalq qəzeti"

Dünya