İraqın Danimarkadakı səfirliyi qarşısında Quran yandırılıb

post-img

Kopenhagendə İraqın Danimarkadakı səfirliyinin binası qarşısında Quran nüsxəsinin yandırılması aksiyası keçirilib.

“Anadolu”nun məlumatına görə, təxribatı İslam əleyhinə və ultra-millətçi “Danske Patrioter” (“Danimarka Patriotları”) qruplaşmasının üzvləri təşkil edib.

Ekstremistlər aksiyanı sosial şəbəkə hesabları vasitəsilə canlı yayımlayıblar.

Radikallar Bağdaddakı İsveç səfirliyinə hücuma etiraz olaraq təxribat təşkil etdiklərini bildiriblər.

Aksiya polisin ciddi mühafizəsi altında və media nümayəndələrinin iştirakı ilə keçirilib.

"Danske Patrioter" İslama qarşı təhqiramiz ifadələrlə tanınır. Bundan əvvəl radikal qruplaşma üzvləri Türkiyənin Kopenhagendəki səfirliyinin qarşısında Türkiyə bayrağı və Qurana hücum ediblər.

"Xalq qəzeti"

Dünya