Zelenski: Krım körpüsü bizim hədəfəmizdir, onu zərərsizləşdirmək lazımdır

post-img

Ukrayna prezidenti Vladimir Zelenski Krım körpüsünü “zərərsizləşdirilməli olan” Ukrayna ordusunun məqsədi adlandırıb. O, həmçinin bəyan edib ki, Kiyevin məqsədi Krımı öz nəzarətinə qaytarmaqdır.

“Bu (Krımski körpüsü) bizim həfəmizdir və sülhə deyil, müharibə gətirən istənilən hədəf zərərsizləşdirilməlidir”, – cənab Zelenski Aspenovski Təhlükəsizlik Forumunda deyib.

Ukrayna prezidenti əks-hücumun proqnozlaşdırılandan daha yavaş tempini onunla izah edib ki, Kiyev “bir az gec” başlamalı olub və bu müddət ərzində rus qoşunları ərazini minalamağa və bir neçə müdafiə xətti qurmağa nail olub.

Krım körpüsünün ilk partlaması 2022-ci ilin oktyabrında yük maşınında partlayıcı maddənin istifadəsi ilə baş verib. Ukrayna hücuma görə məsuliyyəti yalnız 2023-cü ilin iyulunda etiraf edib. Elə həmin ay təmir edilmiş Krım körpüsü pilotsuz suüstü aparatlar vasitəsilə yenidən partladılıb. Rusiya buna görə Ukraynanı ittiham edib. Kiyev hücuma görə məsuliyyəti üzərinə götürməyib.

"Xalq qəzeti"

Dünya