ABŞ Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini bəyan edib

post-img

ABŞ Prezidenti Co Bayden Türkiyənin İsveçin NATO-ya üzvlüyünü dəstəkləmək niyyətini alqışlayıb. Ağ ev başçısı həm də Ankaranın Stokholmun alyansa daxil olması ilə bağlı protokolu TBMM-ə göndərməsindən və onun ratifikasına yardım edəcəyindən də razı qalıb. Məlumatı “Anadolu” verib.

Bayden “müdafiə”nin möhkəmləndirilməsi və Avroatlantik məkanda “dayandırma” məqsədilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla əməkdaşlıq etməyə hazır olduğunu da bildirib.

“Mən bizim NATO üzrə 32-ci müttəfiqimiz İsveçi və baş nazir Kristerssonu salamlamaq imkanını səbirsizliklə gözləyirəm”, - Bayden deyib. 

Eyni məzmunlu bəyanatla ABŞ-ın dövlət katibi Entoni Blinken də çıxış edib. Dövlət Departamenti, eyni zamanda, Türkiyəyə F-16 qırıcılarının verilməsi və Ankaranın Avropa İttifaqına daxil olmaq cəhdlərini dəstəklədiyini bəyan edib. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya