Ərdoğan İsveçin NATO-ya üzvlüyinə “hə” dedi

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə razılıq verib.

“Xalq qəzeti” xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə Türkiyə Prezidenti və İsveç Baş naziri ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, görüş konstruktiv keçib.

“Mən Prezident Ərdoğanın İsveçin üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə və protokolun təsdiqlənməsinə əmin olmaq üçün Millət Məclisi ilə işləyəcəyinə razılıq verdiyi üçün şadam”.

“Xalq qəzeti”

 

Dünya