Moskva Ərdoğan-Zelenski görüşünü diqqətlə izləyəcək

post-img

Moskva Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski arasında danışıqları diqqətlə izləyəcək. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Məlumatı “İnterfaks.ru” verib.

Peskov jurnalistlərlə söhbət edərkən ona Türkiyə və Ukrayna liderlərinin görüşü barədə də sual verilib.

Peskov deyib: “Təbii ki, biz xatırlatdığınız görüşün nəticələrini diqqətlə izləyəcəyik. Biz Ankara ilə konstuktiv tərəfdaşlıq münasibətlərini qoruyub saxlayırıq və buna yüksək qiymət veririk. Və Türkiyə tərəfinin də qarşılıq verildiyini görürük. Ona görə də, əlbəttə, bilmək maraqlı olardı, cənab Ərdoğan və Zelenski nədən danışacaqlar. Bu vacibdir”. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya